11 C
Bakı
29 Mart 2026 11:07
Gündəm

İmamoğlunun həbs qərarı Kılıçdaroğlu ilə Akşeneri üz-üzə qoydu

Kemal Kılıçdaroğlu və Meral Akşener arasındakı “İmamoğlu müharibəsi” davam edir.

Ölkəyə qayıdan CHP lideri Kemal Kılıçdaroğlu ötən gün səhər “HalkTV”də çıxdığı canlı yayımda Ekrem İmamoğlu üçün istanbulluları nəzərdə tutaraq, “16 milyon arxandadır” deyib.

Axşam saatlarına doğru İYİ Parti sədri Meral Akşener isə İmamoğlu ilə birlikdə mitinqə çıxaraq “16 milyon deyil, 85 milyon sənin arxandadır” – deyə cavab verib.

Mitinqdən sonra CHP-nin rəsmi hesabından Kılıçdaroğlunun “Nə edirlərsə, etsinlər, heç kim Ekrem İmamoğlunu istanbullulara xidmət etməkdən çəkindirə bilməz” sözlərini paylaşıb.

Dərhal sonra isə Meral Akşener mitinqdən şəkil paylaşaraq, “Diktatura qarşısında 85 milyon sənin yanında” deyə yazıb.

Görünür ki, prezidentliyə namizədlik yarışında Kılıçdaroğlu güc itirməyə davam edir. Akşener isə yaranmış böhranı fürsətə çevirməklə İmamoğlunun namizədliyini reallaşdırmağa çalışır.

Analitiklərin fikrincə, İmamoğluya həbs qərarının çıxarılması birbaşa onun reytinqinin artmasınas əbəb olan amillərdən biridir. Ankara Böyükşəhər Bələdiyyəsinin sədri olan Mansur Yavaşın adı dəfələrlə “Altılı masa”nın namizədi qismində çəkilsə də, hazırda ən populyar obraz İmamoğlu olaraq görünür.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

Çox bahalıdır, amma, gündə 10 dənəsi bəs edir – Gözlərin ana dərmanı PÜSTƏ

redaktor

Azərbaycanın daha bir naziri vəfat edib və hamı yenə də onun məzarına söyür.

admin

“Elza, sənə Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini verənin…”

redaktor