Hadisə

“Azərişığ”ın iki əməkdaşını cərəyan vurdu: biri öldü

"Azərişığ"ın iki əməkdaşını cərəyan vurdu: biri öldü

 

“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub, biri ölüb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.

“Azərişıq ASC”nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları – 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.

C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

KTMT parçalanır

admin