30 C
Bakı
12 Avqust 2025 10:35
Gündəm

Xankəndi yoluna gedən jurnalistlər həbs edilib? – DİN

Xankəndi yoluna gedən jurnalistlər həbs edilib? - DİN

 

Şuşa-Xankəndi yolunda çəkiliş aparmaq üçün gedən Meydan TV əməkdaşlarının saxlanıldığı barədə xəbər təkzib edilib.

Tacxeber.com xəbər verir ki, DİN mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev onların icazəsiz şəkildə əraziyə girdiklərini bildirib.

“Keçid üçün icazələri olmadığından onlar geri qaytarılıblar. Saxlanılan yoxdur”, – o qeyd edib.

Xatırladaq ki, Meydan TV-nin əməkdaşı Xəyalə Ağayeva Şuşa-Xankəndi yolundakı aksiyadan çəkiliş etmək üçün gedərkən “mülki və qara maskalı şəxslər tərəfindən” saxlanıldıqlarını və naməlum istiqamətə aparıldıqlarını bildirmişdi.

O qeyd etmişdi ki, həmkarları Aytac Tapdıq və Teymur Kərimovla birlikdəyik.

Tacxeber.com

Oxşar xəbərlər

İranda etrazlar davam edir – VİDEO

admin

Arayik Arutyunyan Xankəndidən qaçıb?

admin

“O yeniyetmə ruhi xəstə deyil” deyən baş həkim işdən çıxarıldı – FOTO

redaktor