30 C
Bakı
09 Avqust 2025 20:53
Sağlamlıq

Xərçəngə qarşı peyvənd insanı qoruya biləcəkmi?

 

ABŞ-ın əczaçılıq şirkəti “Moderna” koronavirus peyvəndlərində də istifadə olunan mRNA texnologiyasından istifadə edərək xərçəng hüceyrələrini məhv etməyi bacardığını açıqlayıb.

Tac xəbər “Medicina”-ya istinadən xəbər verir ki, bu peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli olduğu bildirilib.

Merck şirkəti tərəfindən hazırlanan “Keytruda” adlı dərman Moderna peyvəndi ilə birlikdə istifadə edildikdə, dəri xərçəngindən ölüm riskini 44 faiz azaldır.

“Bu, dərmanların mRNA peyvəndi texnologiyası ilə birlikdə istifadəsinin toxunulmazlığa necə təsir edəcəyini göstərən ilk araşdırmadır. Alınan nəticə statistik cəhətdən əhəmiyyətli və klinik cəhətdən önəmlidir “

Fərdi olaraq hazırlana bilən peyvənd üçün xəstədən şiş nümunəsi və sağlam toxuma nümunəsi götürülür. Daha sonra mütəxəssislər fərdi xərçəng peyvəndi hazırlamaq üçün gen ardıcıllığını, mutasiyaya uğrayan zülalları və digər məlumatları təhlil edirlər.

Bu qarışıq xəstəyə vurulduqda xəstənin hüceyrələri istehsal mərkəzi kimi işləyir, onun surətlərini çıxarır və immun sistemi şişi aşkar edib məhv edə bilir.

Tacxeber.com

Oxşar xəbərlər

40 yaşdan yuxarı hər kəs içsin – Sağlamlıq iksiri

redaktor

Dopamin hormonunu artırmağın 10 yolu

redaktor

RESVERATROL nə üçün xeyirlidir? – Qırmızı şərab və üzümdə daha çoxdur

redaktor