29 C
Bakı
14 Avqust 2025 19:42
Hadisə

Peruda fövqəladə vəziyyət elan edilib

Peruda fövqəladə vəziyyət elan edilib

 

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Alberto Otarola bildirib.

“Bir neçə saatdan sonra rəsmi mətbuatda 30 təqvim günü müddətinə ümummilli fövqəladə vəziyyət elan edilməsi haqqında fərman dərc olunacaq”, – o, “TVPeru” dövlət televiziya kanalının canlı yayımında deyib.

Nazir qeyd edib ki, bu müddət ərzində milli polis asayişin qorunmasında ölkənin silahlı qüvvələrinə köməklik göstərəcək.

Siyasətçi onu da xatırladıb ki, fövqəladə vəziyyət dövründə vətəndaş hüquqlarına bir sıra məhdudiyyətlər tətbiq edilir. Onun sözlərinə görə, bu, asayişi bərpa etmək və bütün ölkə əhalisi üçün universal hüquq və təminatları təmin etmək üçün edilir.

Qeyd edək ki, dekabrın 7-də Peru parlamenti qanunverici orqanın buraxıldığını və komendant saatı tətbiq edildiyini elan edən prezident Pedro Kastilyonun istefaya göndərilməsinə səs verib. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib.

Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.

Tacxeber.com

Oxşar xəbərlər

İşə düzəltmək adı ilə vətəndaşların 12 min manatını mənimsəyən şəxs saxlanıldı

redaktor

Məşhur tarzən ona 47 dəfə elçi göndərib

admin

Sürücünü beysbol dəyənəkləri ilə döyənlər həbs edildi – FOTO

admin