30 C
Bakı
14 Avqust 2025 16:51
Siyasət

Azərbaycan və Belarusun XİN başçıları danışdı

Azərbaycan və Belarusun XİN başçıları danışdı

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belarusun xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

C.Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı tərəflər Azərbaycanla Belarus arasında mövcud olan çoxölçülü münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

S.Aleynik Azərbaycanla Belarus arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. Belarusun bölgədə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.

C.Bayramov Belarusun xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib.

Tacxeber.com

Oxşar xəbərlər

Erməni mediası İsa Qəmbərin oğlundan yazdı

redaktor

Xankəndidən qayıdan Məmmədyarov Oskanyan və Nalbəndyana nə göndərmək istəyib? – Maraqlı açıqlama

redaktor

Bu, Qarabağ ermənilərinin reinteqrasiyasının başlanğıcıdır – Korotçenko

redaktor