13 C
Bakı
30 Mart 2026 13:33
Cəmiyyət

Naxşıvanda daha bir yüksək vəzifəli məmur həbs edildi – Fantastik yeyinti

Dekabrın 13-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Tacxeber com “Report”a istinadən xəbər verir ki, məhkəmə Hicran Rüstəmov barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqı davam edən cinayət işi üzrə H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Qeyd edək ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək həbs edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Deputat “20 yanvar”da ticarətin ləğvini əsaslı saydı: “Ehtiyac yoxdur”

redaktor

General güləşçiyə 100 minlik maşın nömrəsi hədiyyə etdi

redaktor

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ötən il təkcə Qarabağ üzrə 30 milyondan çox vəsaiti tendersiz xərcləyib

admin