28 C
Bakı
13 Avqust 2025 21:26
İdman

Fransa – Mərakeş matçından öncə kuryoz hadisə baş verib

Fransa - Mərakeş matçından öncə kuryoz hadisə baş verib

 

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal matçından öncə kuryoz hadisə baş verib.

Tacxeber.com-ın məlumatına görə, oyunöncəsi məşq zamanı Avropa təmsilçisinin futbolçusu Kilian Mbappenin qapıya vurmaq istədiyi top tribunada əyləşən fransalı azarkeşlərdən birinin üzünə tuş gəlib.

Zərbənin təsirindən huşunu itirən fanat bir müddət sonra özünə gəlib. Tərəfdara yaxınlaşan 24 yaşlı forvard etdiyi hərəkətə görə üzr istəyib.

Qeyd edək ki, hazırda ilk hissədi oynanılan Fransa – Mərakeş görüşündə “xoruzlar” 1:0 hesabı ilə öndədir. Yeganə qolu 5-ci dəqiqədə Teo Ernandes vurub.

Tacxeber.com

Oxşar xəbərlər

Mahir Emrelidən sevgilisi ilə bağlı paylaşım – Fotolar

admin

Qaradan Slovakiya ilə oyunla bağlı diqqətçəkən paylaşım – Şəkil

admin

“Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”

redaktor