27 C
Bakı
21 Sentyabr 2026 17:47
İdman

Fransa – Mərakeş matçından öncə kuryoz hadisə baş verib

Fransa - Mərakeş matçından öncə kuryoz hadisə baş verib

 

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal matçından öncə kuryoz hadisə baş verib.

Tacxeber.com-ın məlumatına görə, oyunöncəsi məşq zamanı Avropa təmsilçisinin futbolçusu Kilian Mbappenin qapıya vurmaq istədiyi top tribunada əyləşən fransalı azarkeşlərdən birinin üzünə tuş gəlib.

Zərbənin təsirindən huşunu itirən fanat bir müddət sonra özünə gəlib. Tərəfdara yaxınlaşan 24 yaşlı forvard etdiyi hərəkətə görə üzr istəyib.

Qeyd edək ki, hazırda ilk hissədi oynanılan Fransa – Mərakeş görüşündə “xoruzlar” 1:0 hesabı ilə öndədir. Yeganə qolu 5-ci dəqiqədə Teo Ernandes vurub.

Tacxeber.com

Oxşar xəbərlər

Simoenedən Mourinyoya: “Sərhədi keçməməlisən”

admin

“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” – Zidan

admin

Yenə təxribat, yenə manipulyasiya…

redaktor