Dünya

Paşinyan Təhlükəsizlik Şurasını topladı

Paşinyan Təhlükəsizlik Şurasını topladı

 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

Tacxeber.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

Məlumata görə, iclas zamanı Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.

İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan və digərləri də iştirak edib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan Putinlə söhbətindən sonra ilk AÇIQLAMA

redaktor

Hindistandan Qafqaza: Erməni qaraçılarının 300 illik yolu

redaktor

Güclü külək bəzi meteohəssas insanlar üçün əlverişsiz olacaq

redaktor