11 C
Bakı
30 Mart 2026 03:29
Cəmiyyət

Hikmət Hacıyev: Laçın yolunu azərbaycanlı etirazçılar deyil, Rusiya sülhməramlıları bağlayıb

Hikmət Hacıyev: Laçın yolunu azərbaycanlı etirazçılar deyil, Rusiya sülhməramlıları bağlayıb

 

Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Tacxeber.com-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqdə bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını deyib.

Ümumiyyətlə, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlərini Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisi olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, belə bəyanatların Ermənistan Baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə zidd olduğu bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Əhaliyə xəbərdarlıq olundu: Qarşıdakı 10 gün …

redaktor

Vasif Talıbovun istefadan bir gün əvvəlki görüntüsü yayıldı – Video

admin

Azaraq Ermənistana keçən hərbçimizə qarşı cinayət təqibi dayandırıldı

redaktor