Sağlamlıq

Hansı şoraba qışda immuniteti yüksəldir?

Hansı şoraba qışda immuniteti yüksəldir?

 

Bir çox həkimlər şorabanın duzlu olması səbəbindən orqanizmə zərərli olduğunu desə də, elə şorabalar var ki, onlar orqanizm üçün əksinə faydalıdır.

Tacxeber.comxəbər verir ki, həkim Svetlana Malinovskaya qışda immuniteti möhkəmlədəcək 2 sadə duzlu qidanı açıqlayıb.

Qışda xəstəliklərə qarşı düzgün qida seçmək önəmlidir.

“Bahalı ərzaqlara üz tutmaq lazım deyil. Məsələn, duzlu xiyar, kələm, duzlu balıq- fermentasiya prosesindən keçdiyi üçün şəkər süd turşusuna çevrilir. Süd turşusu isə bağırsaq mikroflorasının sevdiyi maddədir. Bu zaman faydalı bakteriyalar artır, immunitet aktivləşir, metobolizm artır.

Duzlu xiyar təzə xiyarın bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayır və gündə 1-2 kiçik xiyar yemək kifayətdir ki, mədə şirəsinin sintezi aktivləşsin, eləcə də öd işləsin.

Seledka balığı isə A, E, D, Omeqa 3-lə zəngindir.

Bu qida sinir, ürək-damar sisteminə yaxşı təsir edir”.

Tacxeber.com

Oxşar xəbərlər

İnsanlar tez-tez əsnəməkdən şikayətlənir – Gizli səbəblər

redaktor

Beyni inkişaf etdirən 4 qida: Canan Karatay açıqladı

redaktor

İsti döşəmə əslində zərərli imiş

redaktor