Dünya

BMP döyüş maşınının yaradıcısı vəfat edib

BMP döyüş maşınının yaradıcısı vəfat edib

 

Hərbi piyada döyüş maşını BMP-1, BMP-2 və BMP-3-ün yaradıcısı Danil Relin 92 yaşında vəfat edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Kurqan şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Əfsanəvi BMP-1, BMP-2, BMP-3 piyada döyüş maşınlarının yaradıcısı, Kurqan şəhərinin fəxri vətəndaşı Danil Zaxaroviç Relin vəfat edib. Danil Zaxaroviç Relinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onun istedadlı maşınqayıran, öz peşəsinə sədaqətli bir insan kimi əziz xatirəsi qəlbimizdə əbədi olaraq qalacaqdır”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Relin 1930-cu il dekabrın 14-də anadan olub, 1954-cü ildən Kurqan Maşınqayırma Zavodunda işləyib, zavod konstruktorundan müəssisənin texniki şöbəsinin müdir müavini vəzifəsinədək yol keçib.

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor