11 C
Bakı
25 Mart 2026 19:46
Gündəm

Ərdoğan: “Türkiyənin raket istehsalı Yunanıstanı qorxudur”

 

Ərdoğan: “Türkiyənin raket istehsalı Yunanıstanı qorxudur”

 

“İndi biz raketlərimizi yaratmağa başlamışıq. Bu istehsal, təbii ki, yunanları qorxudur. “Tayfun” deyirsən, indi Yunanıstan qorxur, “Afinanı vuracaq” deyir”.

Tacxeber.com “Haber Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Samsun şəhərində keçirilən “Gənclik görüşü” tədbirində bildirib.

“Bir yerdə durmasan, ABŞ-dan adalar üçün nəsə almağa çalışsan, Türkiyə kimi bir ölkə, yəqin ki, görməzdən gəlməyəcək. ABŞ Suriyanın şimalına 4-5 min yük maşını silah və sursat göndərib. Bunu dəfələrlə deməyimə baxmayaraq, veclərinə almırlar. Elədirsə, öz göbəyimizi özümüz kəsəcəyik”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, Türkiyənin yerli istehsalı olan “Tayfun” 561 km mənzilli ballistik raketdir.

Tacxeber.com

Oxşar xəbərlər

Məhkəmə qərarı olmadan saxlanılma: Hüquqi dövlət prinsiplərinə açıq sual

redaktor

Allahşükür Paşazadə Ramzan Kadırovun oğlu ilə görüşdü – FOTO

redaktor

“Paşinyan birdən-birə deyə bilməz ki, 200 erməni ölüb”

admin