Dünya

Putin çətin ki, güzəştə getsin – Şolts

Almaniya Kansleri Olaf Şolts bundan sonra da Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirməyi planlaşdırır.

Tacxeber.com xəbər verir ki, onun sözlərinə görə, Putin Ukraynaya qarşı müharibədə çətin ki, güzəştlərə getsin: “O, hərbi əməliyyatları davam etdirmək niyyətindədir”.

“Hər dəfə Putinlə danışanda o, aydın şəkildə ehyam vurur ki, söhbət istilalardan gedir… O, Ukrayna ərazisinin bir hissəsini güc yolu ilə geri almaq istəyir” , – deyə Şolts vurğulayıb.

Kansler əlavə edib ki, Rusiya ordusunun sıralarındakı itkilər fonunda RF Prezidentinin bu mövqeyi qəribə görünür: “Biz dəqiq nə qədər rusiyalı hərbi qulluqçunun həlak olduğunu bilmirik. Ola bilsin 100 min”.

Tacxeber.com

Oxşar xəbərlər

“Qərb aktiv şəkildə Ermənistana arvadbazlıq edir” – Sergey Lavrov

redaktor

Rusiya “Dojd” televiziyasının baş redaktorunu axtarışa verib.

admin

Burada Van Qoqun rəsminə baxıb rahatlıq tapan yox, kommunal borca baxıb stressə düşən insanlar yaşayır.

redaktor