12 C
Bakı
26 Mart 2026 20:30
İdman

Messi ilə bağlı ŞOK XƏBƏR – FİFA araşdırmalara başladı

 

FİFA Argentina millisinin kapitanı Lionel Messi haqda araşdırmalara başlayıb.

Tacxəbər xəbər verir ki, dünyanın ali futbol qurumu bu addımı 35 yaşlı hücumçunun DÇ-2022-nin 1/4 mərhələsində Niderlanda qalib gəldikdən sonra etdiyi hərəkətə görə atıb.

Belə ki, Messi matçdan sonra müsahibə verərkən, niderlandlı futbolçu Vout Veqorstla söz atışmasına çıxıb. O, həmkarına “Nəyə baxırsan, axmaq? Davam et”, – deyə cavab verib.

FİFA futbolçunun davranış qaydalarını pozması səbəbilə onun haqqında araşdırma başladıb. “Leo”nun cəzalandırılacağı istisna edilmir. Onun haqqında qərarın dekabrın 13-də açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Argentina yarımfinalda Xorvatiya ilə qarşılaşacaq. (“Offsideplus”)

Tacxeber.com

Oxşar xəbərlər

Ölkə futbolunda bu boyda hadisə baş verib, amma elə sakitçilikdir ki, sanki heç nə olmayıb.

admin

“Qarabağ”ın legionerləri Azərbaycan toyunda – Video

redaktor

Azərbaycanda futbol klubunun prezidenti həbs edildi

redaktor