24 C
Bakı
13 Avqust 2025 22:12
Gündəm

Saakaşvilinin müalicə aldığı xəstəxanadan fotoları paylaşılıb

Saakaşvilinin müalicə aldığı xəstəxanadan fotoları paylaşılıb

 

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan fotolar paylaşılıb.

Tacxeber.com-ın Tbilisi müxbiri xəbər verir ki, “Formula” televiziya kanalının paylaşdığı fotolarda sabiq Prezident halsız və zəifləmiş görünür. Məlumatda fotoların 1 ay əvvəl çəkildiyi və bu müddətdə Mixeil Saakaşvilinin daha 10 kiloqram çəki itirdiyi qeyd olunub.

Xatırladaq ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili 2021-ci ilin oktyabrından həbsdədir. O, səhhətində yaranmış problemlərlə əlaqədar uzun müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır. Sürətlə çəki itirdiyi bildirilən Saakaşvili səhhətindəki problemlərlə əlaqədar məhkəmə dinləmələrində iştirak edə bilmir. Sabiq Prezidentin ailə üzvləri və vəkilləri onun civə və arsen kimi maddələrlə zəhərlənməsinə dair iddialar səsləndiriblər. Saakaşvilidən götürlən saç və dırnaq nümunələrində sözügedən maddələrin aşkarlandığı bildirilib. Tərəfdarları onun müalicə üçün xaricə göndərilməsini tələb etsələr də, hakimiyyət nümayəndələri belə bir addımın Saakaşvilinin azadlığa buraxılması anlamına gələcəyini, bu səbəbədən belə bir güzəştə razı olmayacaqlarını bildirirlər.

Saakaşvilinin müalicə aldığı xəstəxanadan fotoları paylaşılıb

Oxşar xəbərlər

Zəngəzur dəhlizinin “nağılları”: Puşkin, Lafonten və Emmanuel Makron

redaktor

Sinan Oğan: Mənim olduğum yerdə Azərbaycana sevgi… – VİDEO

redaktor

Bu vitaminin çatışmazlığı nevroloji pozğunluğa səbəb olur – Endokrinoloq

redaktor