26 C
Bakı
11 Avqust 2025 02:42
Dünya

Kadırovun düşməni Tumso Abduraxmanov ölməyib?- İsveçdən ziddiyyətli xəbərlər

 

“Çeçen müxalifətçi bloger Tumso Abduraxmanov sağdır və İsveç polisinin himayəsi altındadır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə tanınmamış Çeçenistan İçkeriya Respublikasının nümayəndələri bildiriblər.

Qeyd edək ki, Ramzan Kadırovun tanınmış tənqidçisinin İsveçdə öldürüldüyü iddiası ilə bağlı bir neçə gün əvvəl fərqli mənbələrdə, o cümlədən “1ADAT” teleqram kanalında məlumat yayılmışdı.

“Kavkaz.Realii saytının redaktorları rəsmi formada İsveç polisinə müraciət ediblər. “İndi əvvəlki şərhimizə əlavə etmək üçün heç bir şeyimiz yoxdur”,-deyə idarənin mətbuat katibi İren bunu deməklə kifayətlənib. Qeyd edək ki, bundan öncə də İsveç polisi Abdurahmanovun mümkün qətli ilə bağlı məlumatı nə təsdiqləmiş, nə də şərh etmişdi.

Xatırladaq ki, müxalif bloggerlə bu ilin noyabrın sonundan bəri əlaqə kəsilib. Onun İsveçdə ölümü ilə bağlı təsdiqlənməmiş məlumat dekabrın 1-də İçkeriya tərəfdarlarının teleqram kanallarından birində yayılıb. Daha sonra dekabrın 5-də 1ADAT teleqram kanalı Kadırovun tənqidisinin qətli ilə bağlı xəbər yayıb və diaspor liderlərindən Anzor Masxadov da həmin məlumatı paylaşıb. Eyni zamanda, bir sıra çeçen ictimai xadimləri blogerin ölümü ilə bağlı məlumatların etibarlılığını şübhə altına alıblar.

Tacxeber.com

Oxşar xəbərlər

“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı

redaktor

Rusiyadan milyardlarla dolu təyyarələr çıxıb, hara uçub? – ŞOK

admin

Zelenski: Trampın Putini “diz çökdürəcək” gücü var

redaktor