Hadisə

DİN və DSX əməliyyat keçirib, İran vətəndaşları saxlanılıb

DİN və DSX əməliyyat keçirib, İran vətəndaşları saxlanılıb

 

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DİN) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

Bu barədə məlumat DİN-in Mətbuat Xidmətindən verilib.

Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Dağıstan rəhbəri Sergey Məlikovun səhhəti pisləşib?

admin

“Sədərək” ticarət mərkəzində yanğın oldu

redaktor

Meydan TV işi: Hakimiyyətyönlü media orqanlarının yaydıqları materiallarda təqsirləndirilən şəxslərin hansı hüquqları pozulur?

admin