Cəmiyyət

Bakıda işlədiyi uşaq evindən oğurluq edən qadın saxlanılıb

Bakıda işlədiyi uşaq evindən oğurluq edən qadın saxlanılıb

 

Paytaxtın Nəsimi rayonunda yerləşən uşaq evlərinin birindən oğurluq edilib.

Bu barədə məlumat DİN Mətbuat Xidmətindən verilib.

Bildirilib ki, naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin müəssisədə işləyən R.Kərimova saxlanılıb.

O, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanda “gey”lərin sayı niyə artıb? – Səbəbi bilindi

redaktor

“TikTok”da falçı, baxıcı adı ilə dələduzluq edən şəxs saxlanılıb – VİDEO

redaktor

“WhatsApp” istifadəçilərini sevindirəcək daha bir YENİLİK

redaktor