15 C
Bakı
29 Mart 2026 16:18
Cəmiyyət

Azərbaycanda tələbənin xəbəri olmadan 127 min vergi borcu yarandı – Video

 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Ümid Rüstəmov iş axtararkən işə düşüb.

Tacxeber.com xəbər verir ki, tələbə işə düzəlmək məqsədilə şəxsi məlumatlarını başqa bir şəxsə ötürüb. Sonra məlum olub ki, onun adına şirkət açılıb və müəssisənin 127 min manat vergi borcu var.

Xəzərxəbər-ə danışan Ümid Rüstəmov deyir ki, bir müddət əvvəl iş axtararkən elan qruplarından birinə daxil olub və iş üçün elan sahiblərindən biri ilə əlaqə saxlayıb. Elə olanlar da bundan sonra baş verib.

İşə düzəlmək üçün şəxsi məlumatlarını qarşı tərəfə verən Ümid Rüstəmovun sözlərinə görə, ona məxsus ASAN imza və şəxsiyyət vəsiqəsi ilə şirkət açılıb. Hazırda şirkətin külli miqdarda vergi borcu yaranıb. Bu səbəbdən onun ölkədən çıxışına da qadağa qoyulub.

Ümid Rüstəmov deyir ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına həm elektron, həm də yazılı şəkildə müraciət edib.

Oxşar xəbərlər

Vaxtilə məhkum olunmuş sabiq prokuror keçmiş hakimin 200 min dollarını alıb

admin

Milli Qəhrəman 22 ildən sonra Azərbaycana qayıtdı – FOTO

admin

Yaddaş pozğunluğu olan xəstələrə sosial xidmətlər GÖSTƏRİLƏCƏK

redaktor