Dünya

Hücuma hazırlaşan ruslara ölümcül zərbə – Məhv edildi

Ukrayna Silahlı Qüvvələrinin Rusiya qoşunlarının Berdyansk, Tokmak, Melitopol, Enerqodar, Dneprudne, Pologiya və Zaporoje vilayətinin Vasilivka şəhərində yerləşdiyi mövqelərə endirdiyi zərbələr nəticəsində 240 rus hərbçisi yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Zərbə nəticəsində rus qoşunlarının 3 sursat anbarı və 20-yə yaxın müxtəlif təyinatlı hərbi texnikası da məhv edilib.

Məlumata görə, Tokmak xəstəxanası tamamilə Rusiya işğalçı qüvvələrinin yaralı hərbçiləri ilə doludur.

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Biloqorivka, Donetsk vilayətinin Klişçivka və Marinka rayonlarında rusların hücumlarını dəf edib.

Ruslar Kupyan, Novopavliv və Xerson istiqamətlərində müdafiə mövqeyindədir. Bundan başqa, Rusiya qüvvələri Baxmut və Avdiv istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu: İsrailin İrana qarşı hərbi əməliyyatları Trampın dəstəyi ilə aparılır

redaktor

“İki dəfə öldüm.” Başından 4160 volt elektrik cərəyanı aldıqdan sonra inanılmaz dərəcədə sağ qalan adam.

admin

Rusiyalı qadın “Molotov kokteyli” ilə hərbi komissarlığı yandırmağa cəhd etdi

redaktor