18 C
Bakı
26 Oktyabr 2026 16:58
Cəmiyyət

Bu əmlaklar vergilərdən azad olunacaq

Bu əmlaklar vergilərdən azad olunacaq

 

Dövlətə məxsus əmlaklar özəlləşdirilən zaman bəzi vergilərdən azad olunacaq.

Tacxeber.com-ınxəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət proqramlarına uyğun olaraq 2023-cü il yanvarın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus əmlaklar özəlləşdirmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak və torpaq vergisindən azad olunacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Doğrudan da, komediyadır!

redaktor

Ribeyro kimi dostu olana düşmən lazım deyil

admin

Bu gün Mərdəkanda liderlik savaşı – “Qarabağ” “Sabah”a qarşı

admin