30 C
Bakı
12 Avqust 2025 13:54
Gündəm

Xocalıda qanunsuz fəaliyyət göstərən “Vallex“ şirkəti kimə məxsusdur? – Araşdırma

 

Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdəki ekoloji vəziyyəti yoxlamaq üçün bölgəyə səfər edən ekoloqlarımız Xocalı rayonunun Seyidbəyli kəndi yaxınlığında yerləşən Xaçın mədən və emalı zavoduna da baş çəkiblər.

Həmin mədəni qanunsuz olaraq birbaşa “Vallex” şirkətlər qrupu istismar edir.

“Vallex” şirkəti kimindir?

Korporasiya barədə qısa bir araşdırma apardıq.

İşçilərinin sayı və illik qazancı açıq mənbələrdə mövcud olmayan, habelə rəhbərliyinə dair xəsis məlumatların olduğu bu şirkətin baş ofisi İrəvanda yerləşir.

“Vallex” şirkətlər qrupununun rəhbəri Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı İdarə Heyətinin üzvü, sənaye maqnatı Valeri Mejlumyandır. O, ERmənistanın eks-prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə keçmiş iqtidarla yaxın münasibətləri ilə tanınıb. Hətta onun iqtidarı dövründə medalla təltif olunub.

“Vallex” şirkətlər qrupu bir sıra sahələri əhatə edir: mədən sənayesi, hidrometallurgiya və pirometallurgiya, elmi araşdırma, informasiya texnologiyaları (IT), otelçilik, ekoturizm və s. Korporasiyanın İrəvanla yanaşı, Moskvada da otelçilik və digər biznes fəaliyyəti mövcuddur.

V. Mejlumyanın korporasiyası işğal dövründə Qarabağ və ətraf ərazilərdəki mədənlərlə yanaşı, Ermənistan ərazisində də bir sıra layihələr həyata keçirib. Hazırda isə şirkət qanunsuz olaraq Xocalı rayonu ərazisində fəaliyyət göstərməkdədir. (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

Niyaməddin Musayev: “Bilsəydim belə şeylər olar, Flora xanıma yaponlar kimi əlimi sinəmə qoyub salam verərdim”

redaktor

Zəngilan istiqamətində ağır döyüşlər gedir

redaktor

Bakıda özünü DTX əməkdaşı kimi qələmə verən şəxsin insanlardan pul aldığı iddia edilir – VİDEO

redaktor