15 C
Bakı
24 Mart 2026 13:26
Dünyaİqtisadiyyat

“Toyota” Rusiyadakı bütün əməkdaşlarını işdən çıxaracaq

Dekabrın 7-də Yaponiyanın avtomobil istehsalçısı “Toyota”nın mətbuat xidməti ilin sonuna qədər Rusiya filialının bütün əməkdaşlarının işdən çıxarılması prosedurunu başa çatdırmağı planlaşdırdığını açıqlayıb.

 

Mətbuat xidmətindən bildirilib ki, əvvəllər şirkətdə 2350 nəfər işləyirdi. Cəmiyyətin ləğvi proseduru başlayandan sonra 1937 işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə razılıq əldə olunub.

Eyni zamanda qeyd edilib ki, hazırda ştatda daha 137 işçi var. Onların işdən çıxarılması məsələsi 2022-ci ilin sonuna kimi həll olunacaq.

Xatırladaq ki, şirkət 2022-ci ilin sentyabr ayının sonunda Qərbin sanksiyaları və zəruri komponentlərin logistikasında problemlərlə əlaqədar Rusiya filialının ləğvi barədə qərarını dərc edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ekstrasensin Moskva və Bakı ilə bağlı 2024 proqnozu

redaktor

Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? – SORĞU NƏTİCƏLƏRİ

admin

Radardan itən sərnişin təyyarəsinin axtarışları bir neçə saat sonra başlasa da ilk cəsədlər günlər sonra tapıldı

admin