24 C
Bakı
23 İyun 2025 20:35
Gündəm

Seymur Talıbovun işdən çıxarılması təsdiqləndi

Seymur Talıbovun işdən çıxarılması təsdiqləndi

 

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu, Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.

 Universitetin saytında prorektorlar bölməsində beynəlxalq əlaqələr üzrə prorektor bölməsi hazırda boşdur.

Maraqlıdır ki, universitetin saytında digər prorektorlar üzrə bölmələrdə (tədris və tərbiyə işləri üzrə prorektor və ümumi işlər üzrə prorektor) müvafiq vəzifələri yerinə yetirən şəxslər barədə məlumatlar var.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Muxtar Respublikanın Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildirilmişdi ki, universitet Elm və Təhsil Nazirliyinə tabedir və bu barədə məlumatlı deyillər. Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı nazirlikdə məlumat yoxdur. (Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Sahib Bəkir: “Məqsəd ortaq türk valyutası və ordusunun yaradılmasıdır” – TÜRKİYƏDƏN ŞƏRH

admin

İranda müəllim şagirdləri ilə bu mahnını oxudu, işdən qovuldu – VİDEO

redaktor

Qarğıdalını bir də belə yeyin – Görün bağırsaqdakı qurdlar necə tökülür!

redaktor