12 C
Bakı
28 Mart 2026 12:11
İdman

Arvadı, bacıları deyinirdilər, indi də anası…

 

Kriştiano Ronaldo özü hər şeydən narazı olduğu kimi, ailəsi də ancaq deyinməklə məşğuldur. Artıq portuqaliyalı futbolçunun həyat yoldaşı, bacıları sosial şəbəkələrdə müəyyən məsələlərlə bağlı narazılıqlarını bildiriblər. Onlara Ronaldonun anası da qoşulub.

Tacxeber.comxəbər verir ki, Dolerios Aveyro Qətər qəhvəsindən narazı qalıb. Ronaldonun bacısı Katya Aveyro sosial şəbəkələrdə anasının kofe içdiyi videonu yayıb.

“Qəhvəni sına, ana. Özünü elə göstər ki, xoşuna gəlib” – Katya deyib. Ronaldonun anası belə cavab verib: “Bu, qəhvə yox, siçovul zəhəridir”.

“Sanki nə vaxtsa siçovul zəhəri içib” – Katya zarafatla anasının fikrinə münasibət bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Sabah” “Çelye”yə son saniyələrdə buraxdığı qolla məğlub oldu

admin

Polşadan Qurban Qurbanovun yanına gəliblər ki…

redaktor

41 yaşlı İbrahimoviç Azərbaycana qarşı oynayacaq?

redaktor