19 C
Bakı
26 Sentyabr 2025 21:17
Dünya

“Xüsusi hərbi əməliyyat əhəmiyyətli nəticələr verib” – Putin

 

“Ukraynada aparılan xüsusi hərbi əməliyyat uzun prosesdir, lakin o, əhəmiyyətli nəticələr verib”.

“Tacxeber”  “Tass”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının (İHŞ) üzvləri ilə görüşü zamanı deyib.

“Xüsusi hərbi əməliyyatın nəticələrini uzun müddətdən sonra görə biləcəyik. Yeni ərazilər yaranıb. Bu, Rusiya üçün əhəmiyyətli nəticədir”,-deyə Putin bildirib.

Həmçinin, prezident Rusiyada insanların müharibə ilə bağlı referendumda iştirakından bəhs edib:

“Referendumun nəticələri göstərdi ki, insanlar Rusiyada olmaq istəyirlər və özlərini bu məkanın bir hissəsi hesab edirlər”. (Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Navalnının həbsdən son görüntüləri – VİDEO

redaktor

Rusiya SOCAR-a Odessada zərbə endirdi: ağır yaralananlar var

redaktor

“Putinin birinci evliliyində nişanlısı toydan əvvəl qaçıb…”-Keçmiş “KQB” əməkdaşı

admin