24 C
Bakı
13 Avqust 2025 07:03
Dünya

Ermənistanın Baş Qərargah rəisi Gürcüstana səfər edib

Ermənistanın Baş Qərargah rəisi Gürcüstana səfər edib

 

Ermənistanın Baş Qərargah rəisi general-mayor Eduard Asryan Gürcüstanda səfərdə olub.

Tacxeber.com-ın Gürcüstan bürosu xəbər verir ki, məlumatı bu ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, səfər çərçivəsində Asryan gürcüstanlı həmkarı general-mayor Giorgi Matiaşvili ilə görüşüb. Tərəflərin hərbi təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair müzakirə aparıb. Giorgi Matiaşvili Asryanı Gürcüstan Müdafiə Qüvvələrində aparılan islahatlarla tanış edib.

Ermənistan silahlı qüvvələrinin nümayəndə heyəti NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzini də ziyarət edib.

Tacxeber.com

Oxşar xəbərlər

Fələstinli uşaq xəstəxanada atasını belə təsəlli etdi – Video

redaktor

Niyə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Rusiyanın maraqlarını qoruyur?

admin

Türkiyədə 250 min insan süni intellektlə “eşq yaşayır”

redaktor