28 C
Bakı
13 Avqust 2025 20:33
Cəmiyyət

Xaricdən avtomobil gətirtmək istəyənlərin nəzərinə ! -VİDEO

 

Xaricdən alınaraq ölkəmizə gətirilən avtomobillərin daşıma xərcləri kəskin  bahalaşıb.

 

ABŞ-dən avtomobillərin alınması və daşınması xidmətini göstərən şirkətlərdən birinin direktoru olan Hafiz Əmiraslanov deyib ki, son bir ildə daşıma qiymətləri 1000 dollara yaxın bahalaşıb.

Amerikadan alınan avtomobillərin daşıma müddəti 2-4 ay çəkir. Şirkət nümayəndələri avtomobil alarkən əlavə maddi ziyana düşməmək üçün bəzi nüanslara diqqət etməyi tövsiyə edirlər.

Amerika ilə yanaşı Koreyadan alınan avtomobillərin də daşıma xərcləri artıb. Bu işlə məşğul olanlar bildirirlər ki, Koreyadan avtomobillər həm konteynerlə, həm də “Ro-Ro” gəmisi ilə açıq formada daşınır. Konteynerlə daşıma qiymətləri isə “Ro-Ro” gəmisi ilə müqayisədə ucuzdur.

Qeyd edək ki, hazırda xüsusilə ən çox ABŞ və Koreya bazarlarından ikinci əl avtomobillər alınaraq ölkəyə daşınır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  – Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?

redaktor

“Rəşad Dağlının nə qədər bıçaq zərbəsi vurması o qədər əhəmiyyət daşımır” – Elşad Hacıyev

admin

Təqsirləndirilən jurnalistlərə qarşı bir dənə də olsa ifadə, maddi sübut, qanuni sənəd yoxdur

redaktor