Gündəm

Sülhməramlılar azərbaycanlı jurnalistlərə mane olmaq istədi – VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-ü Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsində olublar. Rus sülhməramlılar əvvəlcə Azərbaycanın dövlət qurumlarının işinə maneçilik törətməyə çalışıblar.

Hadisənin görüntülərini əks etdirən video və fotoşəkillər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bu gün isə İctimai TV səfərə dair geniş videoreportaj təqdim edib.

Videoreportajda Rusiya sülhməramlıları dəhlizdə apardıqları yoxlanışların effektiv olmadığını etiraf edirlər. Kadrlardan qondarma, separatçı rejimin “polislər”inin sülhməramlıların arxasında gizləndiyi aydın şəkildə görünür.

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov jurnalistlərə açıqlamasında Azərbaycan toponimlərinin istifadə edilməsi, həmçinin 14 İran vətəndaşının Azərbaycan ərazisinə neçə keçməsi barədə sualı cavablandırır.  (Manşet)

Həmin reportajı təqdim edirik:

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin iqtisadi uğurlardan danışır, amma Rusiyada yanacaq böhranı artır

admin

Duqinin “üçqütblü dünya” xəritəsi: Geosiyasət, yoxsa ideoloji fantaziya?

redaktor

Krım körpüsünə hücumdan saatlar əvvəl ABŞ kəşfiyyat təyyarəsi bölgədə uçub

admin