24 C
Bakı
11 Avqust 2025 22:50
Video

Şamaxı yolunda maşınlar belə sürüşdü – Video

Şamaxı yolunda maşınlar belə sürüşdü

 

Şamaxıda güclü qar avtomobillərin hərəkətini çətinləşdirib, yolda qəza baş verib.

Yollar buz bağlayıb, avtomobillər idarəetməni itiriblər. Problem əsasən Əngəxəran, Məlhəm və Çuxuryurd kəndlərinə gedən yollarda yaşanıb. Həmin maşınlardan biri yol kənarına aşıb. Toyota Prado markalı avtomobilin sürcüsü digər sakinlərin köməyi ilə maşından çıxarılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən də yollarda nəzarət tədbirləri gücləndirilib:

“Qeyd olunan ərazidə gün ərzində ciddi, yəni xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmasa da, avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən həmin ərazinin qar və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülür. Bir daha  hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə tövsiyə olunur ki, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə zəruri ehtiyat tədbirləri görsünlər, eləcə də sürət həddini hava şəraitinə uyğun seçsinlər”. (Qafqazinfo)

Oxşar xəbərlər

Etiraz : “Xəstəxanada ölən xəstənin şkafına baxıram ki, bəlkə mənə yarayan dərman olar” – Video

admin

Neft Emalı Zavodunda yanğın – Video

admin

Hüseyn Dəryanın meyitini bu vəziyyətdə daşıyıblarmış – VİDEO

redaktor