Gündəm

İlon Maskın heyvanlar üzərində beyin çipi sınaqlarının keçirildiyi şirkətdə yoxlamalar başlayıb

ABŞ-də İlon Maskın beyin çipi hazırlayan “Neuralink” şirkətində yoxlamalar aparılır.

Mətbuat bu barədə sənədlərə və mənbələrə istinadən xəbər yayıb.

Belə ki, artıq bir müddətdir ki, “Neuralink” şirkətində meymunun beyninə neyroimplant yerləşdirilməsi üzrə sınaqlar keçirilib.

Yoxlama federal prokurorun tələbi ilə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin baş müfəttişi tərəfindən başladılıb.

Məlumatda qeyd olunur ki, “Neuralink” şirkətinin işçiləri də heyvanların üzərində aparılan sınaqlardan narazılıqlarını ifadə ediblər.

Mənbə yazır ki, şirkətdə aparılan bir sıra uğursuz təcrübələr heyvanların ölümünə səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər

“Valideynlər uşağı zorla gətirir ki, müğənni olmalıdır”

admin

“Ermənilərin təhlükəsiz şəkildə Qarabağa qayıtmasına şərait yaratmağa hazırıq” – Rusiya XİN

redaktor

“Qənirə Masazırdakı evində huşunu itirmişdi”

admin