24 C
Bakı
23 İyun 2025 12:47
Dünya

Hraparak: Nikol Paşinyanın ailəsi üçün dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb

 

Hraparak: Nikol Paşinyanın ailəsi üçün dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb.

Ermənistanın baş naziri Nikol Paşinyan üçün dövlət büdcəsindən dəyəri 500 min dollardan çox olan beş yeni yolsuzluq avtomobili alınıb.

Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır. “Maşınlar Milli Təhlükəsizlik Xidmətinin məxfi qərarı ilə alınaraq, Paşinyana və ailəsinə xidmət etmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə verilməsi barədə məlumat dərc olunmayıb.

Baş nazir üçün hər birinin qiyməti təxminən 100.000 dollar olan 4 ədəd “Toyota Land Cruiser 300” alınıb. Beşincisi, qiyməti 130-150 min dollar olan dizel mühərrikli lüks yolsuzluq avtomobili Lexus “LX500”-dür. “Lexus LX” Paşinyanın arvadına əməliyyat nömrələri ilə xidmət göstərəcək. Baş nazirin xanımına hazırda başqa bir lüks yolsuzluq avtomobili Lexus GX460 da xidmət göstərir. MTX-in mətbuat xidməti bu məlumatı nə təsdiq, nə də təkzib edib. Xatırladaq ki, təxminən bir il əvvəl Paşinyan üçün daha iki yeni avtomobil alınıb: təxminən 250 min dollar dəyərində zirehli yolsuzluq avtomobili “Lexus LX570” və “Toyota Hiace”,” qəzet qeyd edir.

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan-Pakistan sərhədində döyüşlər başladı

redaktor

Britaniya yeni taktiki nüvə başlıqlarını daşıyan təyyarələr hazırlayacaq – Trampın siyasəti Avropanı silkələyir

admin

Dizel yanacağı ilə bağlı mühüm xəbər – Bahalaşma

admin