10 C
Bakı
26 Mart 2026 03:28
Dünya

Çavuşoğlu xəbərdarlıq etdi: – “Külək əkən qasırğa biçər!”

 

Yunanıstan Egeyin şərqindəki adaların hərbiləşdirilməsini dayandırmalıdır.

Tacxeber.comxəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rumıniyalı həmkarı Boqdan Auresku ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Afina beynəlxalq müqavilələrə əsasən silahsızlaşdırılmış zonalar hesab edilən adalara silah yerləşdirməkdən imtina etməlidir”, – deyə “Anadolu” agentliyi onun sözlərindən sitat gətirir.

Diplomat Ankaranın ona qarşı təhdidlərə məhəl qoymayacağını vurğulayıb.

“Külək əkən qasırğa biçər! Əgər Yunanıstan regionda sülhə qarşı olsa və geri addım atmasa, o zaman Türkiyə bütün lazımi addımları yerində atacaq”, – Çavuşoğlu xəbərdarlıq edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ursula fon der Leyenin Makronla SMS yazışmaları növbəti qalmaqal yaradıb

redaktor

Türkmənistan Prezidentinə məktub göndərmək istəyən türkmənləri İstanbulda DÖYDÜLƏR – FOTO

admin

Ukrayna ordusunun Moskvaya hücumu – ölən və yaralananlar var

redaktor