26 C
Bakı
13 Avqust 2025 01:18
Dünya

Akar: Tək yumruq kimi birləşməyə hazırıq!

Akar: Tək yumruq kimi birləşməyə hazırıq!

 

Dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür.

Tacxeber.com-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyətin təltifolunma mərasimində deyib.

Onun sözlərinə görə, birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir.

H.Akar vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazırdır:

“Dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük”.

Tacxeber.com

Oxşar xəbərlər

Fələstin dövlətinin yaradılmasına qarşıyıq – Netanyahu

redaktor

“İlham Əliyevin yeni nömrəsini bilmirik, ola bilsin ki, dəyişib” – Video

redaktor

Günün FOTOSU: Makron Kiyevdə, Azərbaycan bayrağı başı üzərində

redaktor