Parlamentdə Siyavuş Novruzov, Eldar İbrahimov, Səttar Mehbalıyev kimi bir neçə şəxsdən başqa Naxçıvanda heç kim Vasif Talıbovu dəstəkləmir. Hətta əleyhinə yazmağıma baxmayaraq, Vasif Talıbovun öz adamlarından mənə sevinclərini bildirənlər oldu.
Tacxəbər xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz deyib.
O, Naxçıvanda keçirilən əməliyyatları 3 amillə əsaslandırıb:
“Bunlardan biri geopolitik amildir. Rusiya buradan çəkilir, onun yerinə Türkiyə kimi yeni beynəlxalq güclər yerləşir. Vasif Talıbov Rusiyanın 5-ci kolonunun əsas qüvvəsindən birinin lideri idi. Naxçıvanda yerləşdirilməsinin səbəbi Muxtar Respublikanın inzibati mina olması idi. Azərbaycanın ayağının altındakı ikinci mina o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti olub. Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb Qərbə yönələrdisə, o minalar partlaya bilərdi. Rusiyanın Qarabağ və Ukraynada ağır məğlubiyyətindən sonra bölgədə təsir dairəsi azalmağa başladı. Bu boşalan yerə Qərb dünyası, Türkiyə və bu kimi dövlətlər yerləşməyə başladı. Naxçıvanın Rusiyanın təsir dairəsindən çıxması, oradakı təxribatçı hakimiyyəti darmadağın etmək üçün dövlət əməliyyat keçirilməli idi”.
Heydər Oğuz deyib ki, V.Talıbovun SEPAH-la əlaqələri haqda iddiaları onun öz hakimiyyətinə yaxın adamlar tərəfindən səsləndirilib:
“Bunu ilk dəfə vaxtilə “Şərq Qapısı” qəzetinin baş redaktoru olmuş, sonra Mehriban Əliyevanın vitse-prezident seçilməsi xəbərini manşetdə verdiyinə görə işdən çıxarılmış Tural Səfərov irəli sürüb. O, açıq deyir ki, məndə olan məlumata görə, SEPAH-ın komandiri Naxçıvanda olub və Vasif Talıbovla görüşüb”.
Baş redaktorun sözlərinə görə, V.Talıbovun İranla çox ciddi əlaqələri vardı: