11 C
Bakı
30 Mart 2026 03:14
Gündəm

Suriyadan Azərbaycana gətirilən qızdan tükürpədici açıqlama: “Atalığım dedi ki,…” – VİDEO

 

Azərbaycan hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanılıb.

Suriyadan Azərbaycana gətirilən azyaşlı qızlardan biri başına gələn dəhşətlərdən söz açıb: “Atalığım dedi ki, Türkiyəyə gəlin. Biz avtobusdan düşəndə hər yerdə silahlı insanlar var idi. Soruşanda ki, nə baş verir? Cavab verdilər ki, siz Suriyadasınız. Bir neçə dəfə qayıtmaq istədik. Amma qayıtmağa icazə vermədi. Mühafizəçilər də qoymaq istəyirdi ki, anam qaçmasın. Atalığım yanımızda deyildi, onu tutdular. Sonra anam qaçmaq istədi”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Şərurlu İsfəndiyardan daha bir şikayət: “18 ildir mənə 73 min dollar borcludur”

redaktor

Polad Bülbüloğlu: Gələn il kino sahəsinə pul ayrılmayıb, kinomuz inkişaf edə bilməyəcək

redaktor

İlham Əliyevlə müzakirə asan olmadı – Paşinyan

redaktor