Hadisə

Rusiyada güclü partlayış: 6 nəfər öldü

Rusiyanın Nijnevartovsk şəhərinin Sülh küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələri uçub.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Son məlumata görə, 5 nəfər həlak olub, 10 nəfəri dağıntılar altından xilas etmək mümkün olub.

Xəstəxanaya 3 yaralı yerləşdirilib ki, onlardan da 2-nin vəziyyəti ağırdır.

Hazırda axtarış-xilasetmə işləri aparılır. Evlərdən 52 nəfər təxliyə edilib.

İlkin ehtimala görə, qaz sızmasından dolayı yaranan partlayış uçquna səbəb olub.

***

Yaşayış evinin uçması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

***

Partlayış nəticəsində evin uçmasından sonra 7 nəfərin taleyindən xəbər yoxdur.

Bu barədə yerli hüquq-müafizə orqanları məlumat yayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan siyasi məhbus – ictimai fəal: ‘6 saylı Cəzaçəkmə Müəssisəsində məni döyüblər’

admin

10 min manatlıq “təqaüd dələduzluğu”

admin

Xankəndidə usta belində “Makarov”la tutuldu – Boş evlərə daxil olub və…

admin