
Rusiyanın Nijnevartovsk şəhərinin Sülh küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələri uçub.
Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Son məlumata görə, 5 nəfər həlak olub, 10 nəfəri dağıntılar altından xilas etmək mümkün olub.
Xəstəxanaya 3 yaralı yerləşdirilib ki, onlardan da 2-nin vəziyyəti ağırdır.
Hazırda axtarış-xilasetmə işləri aparılır. Evlərdən 52 nəfər təxliyə edilib.
İlkin ehtimala görə, qaz sızmasından dolayı yaranan partlayış uçquna səbəb olub.
***
Yaşayış evinin uçması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
***
Partlayış nəticəsində evin uçmasından sonra 7 nəfərin taleyindən xəbər yoxdur.
Bu barədə yerli hüquq-müafizə orqanları məlumat yayıb.