28 C
Bakı
11 Avqust 2025 18:24
Dünya

Putindən LGBT təbliğatı ilə bağlı SƏRT QADAĞA

 

Rusiya prezidenti Vladimir Putin ölkədə LGBT təbliğatını qadağan edən qanunu imzalayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Müvafiq məlumatlar Dövlət Dumasının sənədlərinin elektron məlumat bazasında yayımlanıb.

Bir sıra sənədlərə edilən düzəlişlər filmlərdə, reklamlarda və mediada qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsiyyətin dəyişdirilməsinin təbliğini tamamilə qadağan edir. Federasiya Şurası bu qanun layihəsini noyabrın 30-da, Dövlət Duması isə bir həftə əvvəl qəbul edib.

Yuxarıdakı qadağalara əlavə olaraq, Rusiya 18 yaşına çatmamış vətəndaşların ödənişli internet resurslarında bu cür materiallara çıxışını məhdudlaşdırır.

Roskomnadzor isə, LGBT təbliğatı olan materialları sonradan bloklamaq üçün xüsusi reyestrə daxil etmək səlahiyyəti alır. Agentlik həmçinin qadağan olunmuş media və nəşrləri müəyyən etmək üçün internetin monitorinqi prosedurunu da müəyyən edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ ordusunun kəşfiyyat PUA-sı vuruldu – ANBAAN VİDEO

redaktor

“Bu gün Saakaşvili ilə bağlı baş verənlər bütün demokratik dünya üçün rüsvayçılıqdır”

redaktor

Zəlzələni əvvəlcədən bilmək mümkündür? – VİDEO

redaktor