25 C
Bakı
11 Avqust 2025 09:20
Şou

Puqaçovanın Ukraynaya kömək “hiyləsi” – FOTO

Alla Puqaçova Rusiya Federasiyasının Qryazi kəndindəki qəsrində ekskursiyaların keçirilməsinə icazə verib.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, müğənninin pərəstişkarları onun həyatını yaxından görə biləcəklər.

Biletin fotosunu “Dnevniki znamenitostey” “Telegram” kanalı dərc edib. Qeyd olunub ki, ekskursiya zamanı arzu edən hər kəs Puqaçovanın buduarlarını, əri Maksim Qalkinin otaqlarını, qarderobları və klozetləri görə biləcəklər.

Eyni zamanda biletin xeyli baha olmasına baxmayaraq, istənilən çəkiliş qadağandır. Puqaçevanın unitazına baxmaq üçün isə 10200 rubl ödəmək lazımdır.

Qeyd etmək lazımdır ki, Primadonna yığılan pulları özünə saxlamaq niyyətində deyil. Biletdə göstərilir ki, toplanan vəsait Ukraynanın birinci xanımı Elena Zelenskayanın xeyriyyə fonduna köçürüləcək.

Məqaləyə dair fotomateriallar:

Oxşar xəbərlər

Kəs səsini! – Canlı yayımda ağız davası – Video

redaktor

Flora Kərimova uğursuz əməliyyat etdirdi – “Bir naşının əlinə düşdüm”

admin

Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənov Dubayda qəzaya düşüb.

admin