Mütəxəssislər bunu ciddi ədəbiyyatın yaranmaması, dil baryeri və texnoloji inkişafla əlaqələndirirlər
İlk kitab çapından beş əsrdən çox vaxt keçir. Yüzilliklər ərzində kitab çapı avadanlıqları, üsulları əsaslı dəyişiblər. İlk dəfə almaniyalı alim İohan Quttenberq tərəfindən 1445-ci il sentyabrın 30-da xristianlığın müqəddəs kitabı «Bibliya» metal lövhələrin köməyi ilə çap olunub.
Təbii ki, kitab çapında əsas məqsəd insanları kitab oxumağa sövq etmək, bu yolla da kitab satışını həyata keçirmək idi. İlk vaxtlar bir kitabın ərsəyə gəlməsi böyük maliyyə vəsaiti, eyni zamanda uzun vaxt, əmək tələb edirdi. Zamanla texnologiyaların inkişafı sayəsində kitab çapı təkmilləşsə də, bu inkişaf kitab oxuyanların sayına əks təsir edirdi, desək yanılmarıq. Çünki texnoloji inkişaf insanları bir-biri ilə ünsiyyətdən, kitab oxumaqdan və bir çox məşğuliyyətlərdən uzaq salırdı. Hətta texnologiyalar sayəsində insanlar tənbəlləşir, bir çox vərdişləri — yazını, kitab oxumağı unudurdular. Bu isə yazı və nitq qabiliyyətinin zəifləməsində özünü göstərirdi.
Azərbaycanda kitab oxucularının sayı niyə azalıb?