30 C
Bakı
14 Avqust 2025 16:43
Hadisə

Kadırovu tənqid edən bloger öldürüldü

Çeçenistan hökumətini tənqid etməsi ilə tanınan bloqer Tumso Abdurahmanov İsveçdə qətlə yetirilib.

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Çeçenistanın müxalif “1ADAT” teleqram kanalı yayıb.

Məlumata görə, çeçen bloger dekabrın 2-si gecə saatlarında bir qrup şəxs tərəfindən güllələnib. Bununla belə, hadisənin detalları açıqlanmayıb.

Bildirilir ki, ölkənin xüsusi xidmət orqanları Tumso Abdurahmanovun qardaşını təhlükəsizlik baxımından gizlədib.

Blogerin qətlə yetirilməsindən bir gün əvvəl itdiyi barədə məlumat yayılıb.

Qeyd edək ki, Abdurahmanov Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumları ilə mübahisə yaşadıqdan sonra 2015-ci ildə Rusiyanı tərk edib. O, bu zaman İsveçdə siyasi mühacir statusu alıb. Çeçenistanda blogeri “İŞİD”lə əlaqədə olmaqda ittiham ediblər. 2020 və 2021-ci illərdə Tumso Abdurahmanov və onun qardaşı Məhəmmədə qarşı sui-qəsd cəhdləri olub.

Tacxeber.com

Oxşar xəbərlər

İmtahan fırıldağı: texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i

admin

Azərbaycanda turistlər bu SİRLİ ərazidə yoxa çıxır – VİDEO

redaktor

ABŞ-də təyyarə qəzası: Ölənlər var

redaktor