31 C
Bakı
13 Avqust 2025 17:39
Siyasət

Ceyhun Bayramov Moskvada naməlum əsgərin məzarı önünə əklil qoyub – FOTO

 

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kreml divarları yaxınlığında yerləşən naməlum əsgərin məzarı önünə əklil qoyub.

Bu barədə “Report”un Rusiya bürosu məlumat yayıb.

C.Bayramov səfər çərçivəsində bu gün rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcək.

XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə edəcək, həmçinin regional, beynəlxalq gündəliyin aktual aspektləri, o cümlədən Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Tacxeber.com

 

Oxşar xəbərlər

Şahramanyandan Rusiya sülhməramlıları ilə bağlı şok etiraf

redaktor

Könül Nurullayeva: “Pelosinin Ermənistana səfəri sülh müqaviləsinin gecikməsinin əsas səbəbini ortaya çıxardı”

redaktor

Polad Bülbüloğluya xələflik İDDİASI: Elnur Allahverdiyev Moskvaya səfir göndəriləcək?

admin