Gündəm

Azərbaycan Laçın dəhlizində gömrük postu qoyur – Rus general açıqladı

 

Dekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin Xocalıdakı qərargahında müzakirələr aparıblar.

Laçın yolunda mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunduğuna dair məlumat yayılıb. .

Bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov bildirib. O deyib ki, Azərbaycan tərəfi ilə əldə olunan razılaşmaya əsasən, gömrük postu sülhməramlıların Laçın dəhlizindəki 1 nömrəli postunda, yəni Azərbaycan – Ermənistan şərti sərhədində, Həkəri çayı üzərindəki körpüdə quraşdırılacaq.

Azərbaycan tərəfi hələ ki məsələylə bağlı açıqlama verməyib.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

Hansı ölkənin nə qədər nüvə silahı var? – SİYAHI

admin

Kolbasaların tərkibi haqda ekspertdən şok açıqlama

redaktor

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır – MÜSAHİBƏ

admin