32 C
Bakı
09 Avqust 2025 14:30
Dünya

Türkiyə ordusu Suriyada YPG-nin səhra komandirini məhv edib

Türkiyə ordusu Suriyada YPG-nin səhra komandirini məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Haseke vilayətində YPG-nin (PKK terrorçularının Suriya qanadı – red.) səhra komandirini məhv edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin pilotsuz uçuş aparatları terrorçulara məxsus avtomobil karvanını bombalayıb.

Belə ki, YPG terror təşkilatının adı açıqlanmayan səhra komandirinin olduğu avtomobillərdən birinə iki raket düşüb, bir neçə yaraqlı isə məhv edilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin isə rəsmi açıqlamasında qeyd olunub ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində xüsysi təyinatlılar Suriyanın şimalında iki terrorçunu məhv edib.

Xatırladaq ki, Suriya və İraqın şımalında keçirilən “Pəncə-Kilid” əməliyyat zamanı 491 terrorçu öldürülüb.

Oxşar xəbərlər

Türkiyədə Kürd və Ələvi təmsilçiliyi: Bahçelinin təklifi, Öcalan strategiyası və Güney Azərbaycan üçün impakt

redaktor

NASA-nın direktoru: “Çin Ayı tuta bilər”

admin

Turist bir şüşə pivəyə 55 min dollar xərclədi

admin