12 C
Bakı
28 Mart 2026 04:44
Siyasət

Moldova prezidenti ölkəsinin NATO-ya üzv olmaq niyyətini açıqlayıb

 

Moldova prezidenti Maya Sandu Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin NATO-ya üzv olmaq niyyətindən danışıb.

O hesab edir ki, Moldovanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı bütün söhbətlər Dnestryanıda Rusiya qoşunlarının mövcudluğunu xeyli çətinləşdirir.

Noyabrda ölkədə keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, vətəndaşların 54,5%-i hərbi bloka qoşulmağa səs verib. Eyni zamanda, respondentlərin 23,1%-i Moldovanın NATO-ya daxil olub-olmaması barədə hələ qərar verməyib.

Qeyd edək ki, ölkənin Konstitusiyasında neytrallıq haqqında müddəa, eləcə də digər ölkələrin ordularının yerləşdirilməsinə qadağa qoyulub.

Tacxeber.com

Oxşar xəbərlər

Norveç Ukraynaya təxminən 700 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemləri verəcək.

redaktor

İlon Mask prezident olsa, dollar əvəzinə Bitkoin istifadə olunacaq?

redaktor

Zelenskinin komandasında sarsıntı gözlənilir: Bir nazir və bir general…

admin