GündəmKriminal

DTX Naxçıvanda daha bir naziri ifşa etdi

 

DTX əməkdaşları Naxçıvan Ədliyyə naziri Daşqın Rəhimovun karlı biznes sahələrindən biri kimi tanınan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində yoxlamalara başlayıb.

 

Yoxlamaların məqsədi Daşqın Rəhimovun Penitensiar Xidmətə məxsus “əsirxana”larda əsl “kommunizm” qurması barədə iddiaları araşdırmaq olub.

Tacxeber bildirir ki, DTX-nın əlindəki məlumatlar öz təsdiqini tapıb. Belə ki, Naxçıvan əsirxanalarında saxlanılan dustaqlara aylıq ödənişlər natural qaydada verilirmiş. Daha doğrusu, onlar maaşlarının müqabilində bəzi zəruri malları Ədliyyə nazirinə məxsus mağazalardan ərzaq malları qisminə alırmışlar. Nəzərə alsaq ki, natural ödəniş şəkli yalnız ibtidai icma quruluşlarında, bir də Karl Marksın xəyalından keçirib görə bilmədiyi kommunizm quruluşunda keçərlidir, belə çıxır ki, Daşqın Rəhimov Leninin 70 ildə bacarmadığını bir neçə ildə həyata keçirə bilib. (Ovqat.com)

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

redaktor

Baba Vəziroğludan“Ağadadaş Ağayev həbsdə deyil, eyni maddə ilə ittiham olunan Rüfət Səfərov niyə həbsdədir?” deyənlərə CAVAB

redaktor

İranın əyalət mollası zəlzələdən zərər çəkən insanları İsrailin yardımlarından imtinaya çağırdı

redaktor