16 C
Bakı
23 Mart 2026 17:27
Dünya

Blinken: ABŞ İran və Çindəki etirazçıları dəstəkləyir.

 

“ABŞ administrasiyası İran və Çində insanların dinc etirazlarda iştirak etmək hüququnu dəstəkləyir”.

Tacxeber Adalet.az-a istinadən  xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken CNN telekanalının efirində bildirib.

O, jurnalistin ABŞ administrasiyasının Çindəki etirazçılara dəstək olub-olmaması ilə bağlı sualına “Bəli, əlbəttə” deyə cavab verib.

“Biz hər yerdə, istər Çində, istər İranda, istərsə də başqa yerdə insanların dinc şəkildə etiraz etmək, öz fikirlərini çatdırmaq, narazılıqlarını bildirmək hüququnu dəstəkləyirik. Və əgər hər hansı ölkədə bu və ya digər şəkildə yatırılırsa, o zaman öz sözümüzü deyirik, buna qarşıyıq”, – dövlət katibi qeyd edib.

O xatırladıb ki, Vaşinqton əvvəllər etirazlarla əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. (Ədalət)

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Ruslar üçün sərhədi bağlayın və nəticəni görün!

redaktor

Lukaşenko Putinə ad günü üçün traktor hədiyyə etdi – Foto

redaktor

Ukrayna əks-hücuma keçdi: Ruslar bu şəhərdən çıxarılır

admin